Medianews.az
Sui-qəsd xofu: Trampın mühafizəsi gücləndirildi
693 baxış

Sui-qəsd xofu: Trampın mühafizəsi gücləndirildi

ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda “Yankees” stadionunda keçirilən beysbol yarışını gülləkeçirməz şüşə arxasından izləyib.

Medianews.az ABŞ mediasına istinadla xəbər verir ki, Tramp matça gəlməzdən öncə stadionda təhlükəsizlik tədbirləri gücləndirilib. Prezidentin oturduğu lojanın hər tərəfinə gülləkeçirməz şüşə quraşdırılıb.

“Wall Street Journal” qəzeti yazır ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ABŞ-da sağçı fəal Çarli Kirkin qətli ilə bağlıdır. Qəzetin yazdığına görə, Kirkə sui-qəsddən sonra Trampın ictimai tədbirlərdə mühafizəsini gücləndirmək qərara alınıb. 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda törədilmiş terror hadisəsinin növbəti ildönümündə keçirilən anım mərasimində də prezidentin çıxış etdiyi tribuna daha təhlükəsiz əraziyə köçürülüb.

Xatırladaq ki, 31 yaşlı Çarli Kirk sentyabrın 10-da Yuta ştatının Orem şəhərində universitetdə çıxış edərkən güllələnib. Kirk Trampın ən fəal tərəfdarlarından idi.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun