10.08.2025, 14:00
228 baxış
Azad
Roma Papası Ermənistan-Azərbaycan sülh razılaşmasını alqışladı
Roma Papası XIV Leo ənənəvi bazar günü “Angelus” xütbəsi zamanı Azərbaycan və Ermənistan arasında sülh bəyannaməsinin imzalanmasını alqışlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Vatican News” məlumat yayıb.
“Ermənistan və Azərbaycanı sülhə dair birgə bəyannamə imzaladıqlarına görə təbrik edirəm. Bu addımın Cənubi Qafqazda uzunmüddətli sülhə töhfə verəcəyinə ümid edirəm,” – XIV Leo bildirib.
Paylaş: