Medianews.az
İranda baş verən atışmada üç hücumçu zərərsizləşdirilib, <span style=color:red>bir polis ölüb
165 baxış

İranda baş verən atışmada üç hücumçu zərərsizləşdirilib, bir polis ölüb

İranın cənub-şərqində naməlum şəxslərlə polis arasında baş verən qarşıdurmada 4 nəfər ölüb, bir nəfər yaralanıb. “Report” bu barədə yerli KİV-ə istinadən xəbər verir. Məlumata görə, Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində naməlum şəxslər polis əməkdaşlarına hücum ediblər. Tərəflər arasındakı atışma nəticəsində 3 hücumçu zərərsizləşdirilib, bir polis əməkdaşı ölüb, digəri isə yaralanıb. Hadisənin təfərrüatları araşdırılır.

Bizə qoşulun