İmişlidə ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Cəfərov Vidadiyə məxsus “VAZ-21099” markalı avtomobil, Şirəliyev Vahidə məxsus “MAN” markalı yük maşını və “Ford” markalı yük maşını toqquşub.
Qəza nəticəsində “VAZ”ın sürücüsü 1964-cü il təvəllüdlü Vidadi Cəfərov və sərnişinləri, Cahar kənd sakinləri Gülbəniz Cəfərova (1964) və Vilayət Abbasova (1956) həlak olub. Bir nəfər isə xəsarət alıb.
Hadisə rayonun Qaralar kənd ərazisində 12 radələrində qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.