Medianews.az
"Neftçi" bu gün Yunanıstan klubu ilə <span style=color:red>qarşılaşacaq
101 baxış

"Neftçi" bu gün Yunanıstan klubu ilə qarşılaşacaq

“Neftçi” Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün “Asteras”la (Yunanıstan) növbəti yoxlama oyununu keçirəcək. “Report” xəbər verir ki, qarşılaşma Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq. Bakı vaxtı ilə saat 17:00-da start götürəcək görüş tərəflərin istəyinə əsasən canlı yayımlanmayacaq. Qeyd edək ki, İsrailin "Hapoel" (Təl-Əviv) (1:1) və Poşanın “Termalika" (2:2) komandaları ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.

Bizə qoşulun