11.07.2025, 09:27
181 baxış
Lamiyə
Conni Depp anasının qəddarlığından DANIŞDI
Amerikalı aktyor Conni Depp anasının uşaq ikən ona fiziki təzyiq göstərməsindən danışıb.
Medianews.az xəbər verir ki, onun sözləri The Telegraph-a müsahibəsində səsləndirilib.
"O, məni çubuqla, lənətə gəlsin, ayaqqabı, külqabı, telefonla vururdu. Amma buna görə ona təşəkkür edirəm. O, mənə uşaqları necə böyütmək lazım olmadığını öyrətdi. Sadəcə hər şeyi tərsinə et", - Depp deyib.
Qeyd olunur ki, aktyor uşaqlıqda çətin vaxtlar keçirsə də, 2016-cı ildə dünyasını dəyişənə qədər anası ilə yaxın olub.
Medianews.az
Paylaş: