Təhsil eksperti Kamran Əsədov Medianews.az-a deyib ki, bu rəqəmlər təhsildə keyfiyyətin artırılması məqsədilə həyata keçirilən mühüm bir prosesi göstərir:
“Ən vacib məsələ isə sertifikatlaşdırma prosesinin əsasını təşkil edən test tapşırıqlarının keyfiyyətidir. Hər il təhlillər göstərir ki, bəzi fənlər üzrə testlər pedaqoji məqsədlərə uyğun deyil, sualların bir qismi ya fənn kurikulumuna uyğun gəlmir, ya da müəllimlərin real tədris səriştələrini ölçmək qabiliyyətində deyil. Bu isə nəticələrin obyektivliyinə ciddi şübhələr doğurur.
Ancaq hələlik ortada nə müəllimlərin sayında artım, nə də tədris nəticələrinin yüksəlməsi ilə bağlı əsaslı göstəricilər yoxdur. İmtahan keçirmək asandır, sistem qurmaq çətindir! Testlərlə yox, dəstəklə inkişaf olur. Görünür, biz hələ də səbəbi yox, nəticəni cəzalandırırıq”.
Toğrul Əli,
Medianews.az
11.07.2025, 08:25
186 baxış
Azad
2022-ci ildə başlanmış müəllimlərin sertifikatlaşdırılması prosesi bitir – Hansı nəticələr var?
2022-ci ildə başlanan müəllimlərin sertifikatlaşdırılması prosesi yekunlaşır. 4 fənn üzrə proses bitib, 5 fənnin 1 mərhələsi qalıb. 80 min müəllim bu imtahanda iştirak edib.
2022-2025-ci illər ərzində müəllimlərin sertifikatlaşdırılması prosesi mərhələli şəkildə həyata keçirilib və artıq ibtidai sinif (31 852 nəfər), Azərbaycan dili və ədəbiyyatı (9 892 nəfər), riyaziyyat (8 807 nəfər) və xarici dil (13 957 nəfər) müəllimləri üzrə proses yekunlaşıb. Bu isə ümumilikdə təqribən 64 500 müəllimin hər iki mərhələdən keçdiyini göstərir. Eyni zamanda, biologiya (3 544 nəfər), kimya (2 572 nəfər), fizika (3 629 nəfər), coğrafiya (3 487 nəfər) və informatika (3 432 nəfər) üzrə prosesin yalnız birinci mərhələsi başa çatıb.

Paylaş: