Medianews.az
Rusiya Qazaxıstanı niyə hədələyir?
87 baxış

Rusiya Qazaxıstanı niyə hədələyir?

Qazaxıstanın öz ərazisində NATO standartlarına uyğun artilleriya mərmiləri istehsal etmək qərarı postsovet ölkələrinə özünün müstəmləkəsi kimi baxan Rusiya rəsmilərinin yeni isterikasına səbəb olub. Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlev Qazaxıstanın bu qərarını Rusiyaya qarşı “dostluqdan kənar” addım adlandırıraq “qardaş kimi görünən respublikanın təkcə rus dilindən deyil, həm də kiril əlifbasından sürətlə necə imtina etdiyini görməməzliyə vurmağa çalışdıqlarını” bəyan edib.

Raşizmin “görməmizliyə vurmağa” məcbur qalmasının səbəbi isə ağlı başında olan hər kəsə məlumdur. Rusiya Ukraynada bataqlığa düşüb və digər postsovet respublikalarına qarşı güc nümayiş etdirmək üçün “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktovun ifadə etdiyi kimi resursu yoxdur. Resursun olmaması icə gözlənilən idi. Rusiya ordusu 2025-ci ilin ilk səkkiz ayında 281 mindən çox itki verib. Buraya ölənlər, itkin düşənlər və yaralananlar aiddir. “Yaşamaq istəyirəm” layihəsinin Telegram kanalında bildirilir ki, müharibənin 2025-ci ilin ilk səkkiz ayı ərzində Rusiya ordusunun 86 744 əsgəri, o cümlədən 1 583 zabiti öldürülüb. Təxminən 34 000 nəfər itkin düşüb, 158 500 nəfər isə yaralanıb. Bundan əlavə, 13 145 texnika bərpa oluna bilməyəcək şəkildə məhv edilib, ümumiyyətlə isə 48 000-dən çox texnikası hədəf olub. Putinin “xüsusi hərbi əməliyyat” adı verdiyi cinayətkar müharibənin başlandığı 24 fevral 2022-ci ildən bu günə Rusiyanın itkiləri 1.2 milyon nəfərə yaxınlaşıb.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, bu il 400 mindən çox şəxs müqavilə baxlayaraq hərbi hissələrə daxil olub, 34 min nəfər isə könüllü birləşmələrə cəlb olunub. Medvedyevin açqladığı məlumata görə, ötən 2024-cü ildə təqribən 450 000 şəxs müqavilə bağlayıb, daha 40 000 nəfər könüllü birləşmələrə qoşulub. Putinin bir neçə ay əvvəl açıqladığı bir məlumatda isə qeyd edilirdi ki, hər ay 50-60 min şəxs müqavilə imzlayaarq “xüsusi hərbi əməliyyatlara” qoşulur. Belə çıxır ki, müharibə başlayandan ən azı 2.3-2.7 milyon insan müharibəyə cəlb olunub. Rusiyanın rəsmi məlumatına görə, hazırda Ukraynaya qarşı döyüşən ordunun sayının 710 min nəfər təşkil edir. Bu rəqəmlərin anlaizi Rusiyanın itkilərinin fəlakətli miqyasını aydın göstərir.

Rusiya fəlakətli itkilər verdiyinə görə, “qardaş kimi görünən respublikanın təkcə rus dilindən deyil, həm də kiril əlifbasından sürətlə necə imtina etdiyini görməməzliyə vurmağa çalışmağa” məcburdur.

Raşizmin Ukrayna və Azərbaycandan sonra ən böyük düşmən olaraq gördüyü Qazaxıstanın öz ərazisində NATO standartlarına uyğun artilleriya mərmiləri istehsal etmək qərarı isə çox doğru bir qərardır. Qazaxstan özünün silah-sursat təchizatını təmin etmək üçün ASPAN milli layihəsinin bir hissəsi olaraq təkcə Rusiya dizaynlı deyil, həm də NATO standartlarına uyğun artilleriya sursatları və minalar istehsal edəcək dörd hərbi fabrik tikmək qərarına gəlib və bu məqsədlə təxminən 1 milyard dollar xərcləyəcək. Bu həm də gələcəkdə Qazaxıstanın silah ixracatcasına çevrilməsinə imkan verəcək.

Türk Dövlətləri Təşkilatının gələcəyi və ümumiyyətlə türk xalqlarının gələcəyi əsasən Azərbaycanın bütövləşməsindən və Qazaxıstanın güclənməsindən asılıdır. Ona görə də, Qazaxıstanın raşizm qarşısında müdafiəsi Azərbaycanın maraqlarının müdafiəsi qədər önəmlidir.

Raşizm isə hökmən məğlub ediləcək. Böyük Məhəmməd Əmin Rəsulzadənin ifadəsi ilə desək, buna şübhə etməyin.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun