Medianews.az
Təhlükəsizlik kamerasına kibermüdaxilə – <span style=color:red>Qarşısını necə almalı?
136 baxış

Təhlükəsizlik kamerasına kibermüdaxilə – Qarşısını necə almalı?

Bu gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) mənzillərdə və ofislərdə quraşdırılmış müşahidə kameralarına müdaxilə ilə bağlı apardığı əməliyyat haqqında məlumat yayıb. DTX bəzi kameraların icazəsiz şəkildə internet üzərindən izləndiyini və görüntülərin xarici saytlarda yayımlandığını aşkarlayıb. Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Medianews.az-a deyib ki, bu, çox ciddi bir insidentdir: “Söhbət sadəcə texniki boşluqdan yox, bu kameraların əhatəsinə düşənlərin fərdi məlumatlarının və şəxsi həyatının toxunulmazlığının pozulmasından da gedir. İndiki halda DTX-nin fəaliyyəti nəticəsində kibermüdaxiləyə məruz qalmış kameralar müəyyən olunub. Kameralarda texniki boşluqlar aşkarlanıb. Xarici istehsalçı şirkətdən təhlükəsizlik tədbirləri tələb olunub. Bu hadisə bir daha göstərir ki, Azərbaycanda fərdi məlumatların mühafizəsi sahəsində qanunvericilik və nəzarət mexanizmləri təkmilləşdirilməlidir. Fərdi məlumatların qorunmasına dair qanunvericilik Avropa standartlarına (GDPR) uyğunlaşdırılmalıdır. Nəzarət və cərimə mexanizmləri gücləndirilməlidir. Bildiyim qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən belə bir qanun layihəsi hazırlanıb. Bir neçə dəfə bu istiqamətdə açıqlamalar olub. Lakin layihə müzakirəyə çıxarılmayıb. Güman ki, yenə də həmin məlum "razılaşdırmalar" mərhələsindədir”. Medianews.az

Bizə qoşulun