Medianews.az
6 min manat müavinət <span style=color:red>kimlərə veriləcək?
183 baxış

6 min manat müavinət kimlərə veriləcək?

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə ilk dəfə işə düzələn zaman 6 min manat məbləğində birdəfəlik ödəniş veriləcək. Bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib. "Əgər vətəndaş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxsdirsə və ilk dəfə işə düzəlirsə, o zaman DOST mərkəzinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumlarına müraciət etməklə 6 min manat məbləğində birdəfəlik kompensasiya almaq hüququna malikdir", - deyə deputat bildirib. Ətraflı Baku TV-nin süjetində:
 

Bizə qoşulun