26.06.2025, 15:01
187 baxış
Nailə
“Amerika Hava Yolları”na məxsus sərnişin təyyarəsi göydə alışdı - FOTO
“Amerika Hava Yolları”na ("Amerikan Airlines") məxsus “Airbus A321” sərnişin təyyarəsi göydə alışıb.
Medianews.az xəbər verir ki, hadisə iyunun 26-da baş verib. Las Veqas aeroportundan havaya qalxandan az sonra təyyarənin mühərrikində alov və tüstü görünüb.
Göyərtəsində 153 sərnişin və 6 heyət üzvü olan təyyarə Las Veqas hava limanına qayıda və uğurla eniş edə bilib. Xəsarət alan olmayıb.
Hazırda hadisənin səbəbi araşdırılır.
Medianews.az