ABŞ-ın Demokratlar Partiyası Nyu-York meri vəzifəsinə vahid namizədini müəyyənləşdirmək üçün ilkin seçki keçirib.
Medianews.az xəbər verir ki, Seçkini 33 yaşlı Zöhran Mamdani udub. O, keçmiş qubernator Endryu Kuomonu məğlub edib.
Valideynləri hindistanlı olan Z.Mamdani Uqandada doğulub, müsəlmandır. Fələstini fəal şəkildə dəstəkləyir. O, demokratların proqressiv (sosialist) qanadının nümayəndəsidir.
Mer seçkiləri noyabr ayında keçiriləcək və Nyu-Yorkda demokratlar güclü olduğu üçün gənc Mamdaninin seçilmə şansı yüksəkdir.
Medianews.az