Medianews.az
ABŞ-nin imici bitdi - <span style=color:red>Azərbaycanlı politoloq
281 baxış

ABŞ-nin imici bitdi - Azərbaycanlı politoloq

İran rejimi onsuz da gedəcək, lakin ABŞ-nin özünün də mənəvi- siyasi və xarizmatik məhvolma prosesi başladı. ABŞ Prezidenti Donald Tramp iyunun 21-də sübh çağı İranın nüvə zavodlarını vurdu. 13 tonluq 6 ədəd bunker bombası B-2 təyyarələri ilə Fordo nüvə zavoduna, 30 ədəd "Tomoqafk" raketi isə İsfahan və Natanz zavodlarına atıldı. Natenyahu bu hadisəni tarixi dəyişdirəcək hadisə kimi qiymətləndirsə də, əslində ABŞ-nin dünyada mənəvi-siyasi və xarizmatik məhv olma prosesinin başlanğıcıdır. İran rejimi təbii ki, insan haqları kimi dəyərlərlə uyğunlaşmaz rejim kimi daimi mövcudluq haqqına və gücünə malik deyil və onun mövcudluğu bütün hallarda uzun sürməz... Sürməyəcək də və İran xalqının iradəsi ilə dəyişdiriləcək. Lakin ABŞ-nin beynəlxalq hüquqa və dövlətlərin süverenliyinə təcavüzü və zorakı saymazlığı da göz qabağında faktdır. Trampın hakimiyyətə gələndə "mən müharibələr üçün yox, müharibələrə son qoymaq üçün gəlmişəm" sözlərinin heç bir dəyəri olmayan ritorikaya çevrilməsi cəhənnəmə... Tramp bilər, Amerika xalqı bilər... Ancaq populyar olan çoxqütblü dünya nağılları artıq bitmiş hesab oluna bilər. Çin, Rusiya, Şimali Koreya kimi ölkələrin ABŞ- yə qarşı dirənişləri böyük sürətlə artacaq. ABŞ-nin sülhsevər dövlət olmasına bundan sonra uşaq da inanmaz. Əksinə, müşahidələr göstərir ki, Rusiyanın sülh siyasətində səmimiyyət potensialı getdikcə ABŞ-ni üstələyəcək. ABŞ-nin imici bitdi. Bu dövlət köhnə dünyanın düzənini yeni "hegemonluq düzəni" ilə əvəzləmək istəyir. Dünyada heç də bütün ölkələrin bu iddia ilə barışmayacağı aydındır. Yəqin ki, bir tərəfdə ABŞ və onun özü kimilər, digər tərəfdə isə Rusiya, Çin və yeni iddialı ölkələr olmaqla düntada İKİ QÜTB sürətlə möhkəmlənəcək. Bu dövrün dünya ölkələrinə mühüm mesajlarından biri belə olacaq: "ABŞ hüquq, demokratiya, insan haqları məsələsində daha dünyaya nümunə ola bilməz". Trampın bu hərəkəti Trümenin 1945-ci ildə Yaponiyaya atdığı 2 atom bombası kimi mürtəce faktdır... Trümenin addımı nisbətən yüngül sayıla bilər. Çünki o zaman hamının qəbul etdiyi beynəlxalq hüquq deyilən bir şey yox idi. Tramp isə beynəlxalq hüquqa açıq şəkildə tüpürdü... Aydın Quliyev, politoloq

Bizə qoşulun