Medianews.az
Beş ayın xarici ticarəti - <span style=color:red>RƏSMİ
153 baxış

Beş ayın xarici ticarəti - RƏSMİ

Azərbaycan 2025-ci ilin yanvar-may aylarında 161 ölkə ilə ticarət əməliyyatı aparıb, ixrac dəyəri 11 milyard dolları, idxal dəyəri 9,9 milyard dolları ötüb. Medianews.az bildirir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, ixracın 5,94 faizi MDB ölkələrinə, 71,25 faizi Avropa İttifaqı ölkələrinə, 22,81 faizi başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 27,23 faiz, Avropa İttifaqının payı 12,22 faiz, başqa ölkələrin payı 60,55 faiz olub, ticarət dövriyyəsində və ixracda əsas tərəfdaş qismində İtaliya, idxalda əsas tərəfdaş kimi Çin qərar tutub. İxracın 9,5 milyard dolları neft-qaz sektorunun payına düşüb, idxalın əsas məhsulu kimi maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri (1,4 milyard dollar) göstərilib. Toğrul Əli, Medianews.az

Bizə qoşulun