Medianews.az
Yeni tikilən mənzillərə necə etibar edək? – <span style=color:red> Ekspert AÇIQLAYIR
150 baxış

Yeni tikilən mənzillərə necə etibar edək? – Ekspert AÇIQLAYIR

 Son illərdə Bakıda və digər şəhərlərdə sürətlə artan çoxmərtəbəli yeni binaların tikinti keyfiyyəti ilə bağlı cəmiyyətdə ciddi narahatlıqlar mövcuddur. İnsanlar arasında belə bir fikir formalaşıb ki, bəzi binaların inşasında keyfiyyətsiz materiallardan istifadə olunur və bu da onları hətta orta güclü zəlzələyə qarşı dayanıqsız edə bilər. Yeni tikililərin seysmik təhlükəsizlik baxımından etibarlılığı necə qiymətləndirilir və bu sahədə ictimai nəzarət mexanizmləri yetərlidirmi? Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Medianews.az-a açıqlamasında bildirdi ki, çoxmərtəbəli binaların keyfiyyəti artıq əvvəlki illərə nisbətən o qədər də aktual mövzu deyil. Onun sözlərinə görə, 5-10 il əvvəlki tikililərlə müqayisədə hazırda tikintidə keyfiyyətə ciddi nəzarət edən müvafiq qurumlar fəaliyyət göstərir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları tikinti prosesində keyfiyyət standartlarının layihədə göstərilən səviyyədə yerinə yetirilməsini diqqətlə izləyirlər. Ramil Osmanlı qeyd etdi ki, qiymətlərin artmasının əsas səbəbi isə tikinti ilə bağlı qaydaların sərtləşməsi, torpaq sahələrinin məhdud və baha olmasıdır. Mənzil tikintiləri daha çox investisiya proqramları çərçivəsində, yaşayış sahələrində söküntü zonalarında həyata keçirilir. Bu prosesdə isə köçürülmə və kompensasiya ödənişləri xərcləri kəskin artırır. Bundan başqa, ekspert makroiqtisadi dəyişikliklər nəticəsində tikinti materiallarının, işçi qüvvəsinin, nəqliyyat və yanacaq xərclərinin artmasının qiymətlərə təsir etdiyini vurğuladı. “Qiymət artımı həm də tələbdən asılıdır,” – deyən Ramil Osmanlı əlavə etdi ki, bəzi hallarda mənzil tikinti kooperativlərinin rəhbərləri bu vəziyyətdən istifadə edərək mənfəət marjasını həddindən artıq artırırlar. Onlar dövriyyə vəsaitləri ilə fəaliyyət göstərmədikləri üçün bu, tikinti şirkətlərinə ciddi problem yaratmasa da, bazarda qiymətlərin kəskin yüksəlməsinə səbəb olur. Oğuz Ayvaz

Bizə qoşulun