Medianews.az
Türkiyədə <span style=color:red>iki zəlzələ
121 baxış

Türkiyədə iki zəlzələ

Türkiyə Bingöl vilayətində iki zəlzələ qeydə alınıb. Trend xəbər verir ki, bu haqda Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, 4,4 maqnitudalı birinci zəlzələnin episentri Kiqı rayonundan 1.57 km aralıda yerləşib. Zəlzələnin ocağı 7.02 km dərinlikdə olub. İkinci zəlzələnin maqnitudası 3,6 təşkil olub. Təkanların episentri Kiqı rayonunda olub. Zəlzələnin ocağı 11.13 km dərinlikdə yer alıb. İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlar barədə heç bir məlumat verilməyib.

Bizə qoşulun