22.05.2025, 13:10
79 baxış
Azad
Kainat sürətlə çürüyür
Kainat əvvəllər düşünüldüyündən daha sürətlə çürüyür.
Medianews.az bildirir ki, bu yaxınlarda Niderland alimləri kainatın mövcudluğu üçün vaxt çərçivəsini yenidən nəzərdən keçiriblər. Neymenegedəki Radbud Universitetinin tədqiqatçılar qrupu kainatın sonunun təxminən 10-78 il sonra gələcəyini bildiriblər.
Bu fikrin arxasında müxtəlif ixtisaslara malik üç tanınmış alim dayanır. Tədqiqatların əsas və aparıcı siması “qara dəlik” nəzəriyyəsi üzrə bilici Hayno Falkendir. Onun kvant fizikası alimi Mixael Vondrak və riyaziyyatçı Valter van Seylek ilə birlikdə apardığı tədqiqat ötən ildən davam edir.
Alimlər bildiriblər ki, hazırda onların araşdırmalarının əsas məqsədi Hokinqin irəli sürdüyü şüalanma nəzəriyyəsini yenidən təftiş etməkdir. Belə ki, 1975-ci ildə dünya şöhrətli fizik, professor Stiven Hokinq “qara dəlik”lərin hissəciklər vasitəsilə radiasiya yaymaqla tam "buxarlana" biləcəyini demişdi. Lakin bu fikir Eynşteynin hamılıqla qəbul edilmiş nisbilik nəzəriyyəsini inkar edirdi. Məhz elə buna görə də bir çoxları Hokinqin yeni fikirlərinə qarşı çıxmışdı.
Niderlanddan olan üç alim isə bu dəfə fərqli düşünür. Mixael Vondrak deyib:
"Bizim üçlüyə çox maraqlı gələn bir də odur ki, kosmik obyektin yoxa çıxmasının yalnız onun sıxlığından asılı olduğunu deyənlər haqlıdır, ya yox. Gözlənilməz elmi nəticə əldə etdik: məlum oldu ki, neytron ulduzları, eləcə də “qara dəlik” ulduzları eyni dövrdə yox olacaqlar - təxminən 10 il, yaxud 67 il sonra. Bu “qara dəlik”lərin səthi yoxdur, çünki onlar radiasiyaların bir hissəsini udur ki, bu da buxarlanma prosesini ləngidir".
Hayno Falke əminliklə bildirib ki, "kainatın sonu gözləniləndən çox tez gələcək, lakin xoşbəxtlikdən bu, hələ də xeyli vaxt aparacaq".
Medianews.az