Medianews.az
Son 4 ildə Azərbaycanla bu ölkə arasında ticarət dövriyyəsi <span style=color:red>77 faiz artıb
107 baxış

Son 4 ildə Azərbaycanla bu ölkə arasında ticarət dövriyyəsi 77 faiz artıb

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanda işgüzar səfərdədir. İki ölkə arasındakı strateji münasibətlərin son illər daha da dərinləşməsi müşahidə olunur. Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın tərəfdaş ölkələrindən hesab edilir. İki ölkə arasında ticarət dövriyyəsində də artım dinamikası qorunub saxlanılıb. İqtisadçı deputat Vüqar Bayramov Medianews.az-a deyib ki, 2021-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 35,2 milyon dollar olmuşdusa, 2022-ci ildə 47.4 milyon dollar, 2023-cü ildə 48.4 milyon dollar və nəhayət, 2024-cü ildə 62.3 milyon dollarlıq ticarət qeydə alınıb: “Bu o deməkdir ki, son 4 ildə Azərbaycan ilə Macarıstan arasındakı ticarət dövriyyəsi 77.0 faiz artıb. Son illər qeydə alınan artım tendensiyasına rəğmən Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Hər iki ölkənin birgə sərmayə qoyuluşları, idxal və ixrac əməliyyatlarını genişləndirmək imkanları yüksək qiymətləndirilir. Bu baxımdan Azərbaycan Prezidentinin səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək”. V.Bayramovun fikrincə, Azərbaycan Prezidentinin Macarıstana səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifə açacaq: “Ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir. Ötən ildən etibarən Azərbaycan mavi qazı Macarıstana çatdırılır. Regional enerji təhlükəsizliyinə yaxından töhfə verən Azərbaycan tərəfdaş ölkələr ilə enerji əməkdaşlığını gücləndirməkdədir. Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,0 milyard kubmetrdək artırılması həmin regionda daha çox ölkənin Azərbaycandan artırılmış həcmdə qaz almasına və ya yeni enerji əməkdaşlığına başlamasına imkan yaradır”. Nailə Qasımova, Medianews.az    

Bizə qoşulun