Medianews.az
Xaricdə yaşayn rusiyalıların məsuliyyəti artırılmalıdır - <span style=color:red>Dövlət Dumasının sədri
67 baxış

Xaricdə yaşayn rusiyalıların məsuliyyəti artırılmalıdır - Dövlət Dumasının sədri

Rusiya Dövlət Dumasının sədri xaricdə olan vətəndaşların inzibati məsuliyyətinin artırılmasını vacib sayır. Medianews.az-ın məlumatına görə, Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, ölkənin hüdudlarından kənarda "Rusiyanın maraqlarına qarşı yönəlmiş" əməllərə yol verən şəxslər daha ciddi şəkildə inzibati məsuliyyətə cəlb edilməlidir. Onun sözlərinə görə, söhbət "bütün növ inzibati maddələrlə" məsuliyyətə cəlb etmədən gedir. Dövlət Dumasının spikeri bu qanun pozuntularını xüsusi qeyd edib: "nasist əşyalarının, yaxud simvollarının təbliği, ictimai nümayişi", "Rusiyanın Silahlı Qüvvələrinin nüfuzdan salınması", "söz azadlığından bilərəkdən sui-istifadə, saxta məlumatlar yayılması", "sosial şəbəkə sahiblərinin öz öhdəliklərin yerinə yetirməməsi" və s. Volodin vurğulayıb ki, inzibati məsuliyyətdən yayınmanın qarşısını almaq üçün əmlak üzərinə həbs tədbirləri də tətbiq olunmalıdır. Xatırladaq ki, aprel ayında Dövlət Duması ölkəni tərk etmiş rusiyalıların 20 növ cinayətə görə qiyabi mühakimə olunmasına icazə verən qanun qəbul edib.

Bizə qoşulun