Medianews.az
Ölən dostunun yanında <span style=color:red>saatlarla gözlədi – VİDEO
135 baxış

Ölən dostunun yanında saatlarla gözlədi – VİDEO

Türkiyədə işə gedərkən 27 yaşlı Gökhan Tunca motosikleti döngədə idarəetmədən çıxaraq qəza törədib.

Medianews.az sözcü.coma-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Antaliya bölgəsində baş verib.

Motosikleti sürərkən döngədə idarəetməni itirən Tunca əvvəlcə ayrıcı zolağa, daha sonra zeytun ağacına çırpılıb. Toqquşmanın təsiri nəticəsində motosiklet və onun sürücüsü bir neçə metr sürüşüb.

Hadisə yerinə gələn təcili tibbi yardım Tuncanın hadisə yerində öldüyünü müəyyən ediblər. Polis araşdırma apararkən onun bir dostu hadisə yerinə gəlib. Kədərli xəbəri alan dostu uzun müddət göz yaşları içində cansız bədəni seyr edib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Medianews.az

Bizə qoşulun