16.05.2025, 11:02
157 baxış
Nailə
Məzun nitqinə görə diplomdan məhrum oldu
Nyu York Universiteti (NYU) məzuniyyət çıxışı zamanı ABŞ-ni Qəzzada "soyqırımı dəstəkləməkdə" ittiham edən tələbəyə diplom verilməyəcəyini açıqlayıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, universitet tələbə çıxışından şəxsi siyasi fikirlərini ifadə etmək üçün istifadə etdiyini bildirib.
Nyu-York Universitetinin bakalavr tələbəsi Loqan Rozos həftə ərzində təşkil edilən məzun tədbirindəki çıxışında Qəzza zolağında baş verən qırğına diqqət çəkib.
Rozos çıxışında ABŞ-ni Qəzzada “soyqırımı dəstəkləməkdə” ittiham edib və “hazırda Fələstində baş verən vəhşiliyi” pislədiyini bildirib.
Rozos təxminən 2,5 dəqiqəlik çıxışında "Hazırda baş verən soyqırımı ABŞ tərəfindən siyasi və hərbi cəhətdən dəstəklənir, vergilərimizlə ödənilir və telefonlarımızda canlı yayımlanır. Mən bu soyqırımı və bu soyqırımın ortağı olmağı pisləyirəm" deyib.
Universitetdən töhmət
NYU sözçüsü açıqlamasında bildirib ki, Rozos çıxışından “şəxsi və birtərəfli siyasi fikirlərini ifadə etmək” üçün istifadə edib.
Açıqlamada Rozosun ifadələrinin "dərin təəssüf doğurduğu və qınadığı" və "tələbənin ona verilən imtiyazdan sui-istifadə etdiyi" qeyd edilib.
Açıqlamada tələbə barəsində intizam tənbehi veriləcəyi və ona universitet diplomunun verilməyəcəyi bildirilib.
Medianews.az