02.05.2025, 09:35
142 baxış
Lamiyə
Avtomobil meşədə qəza etdi: Ölən və yaralananlar var
Türkiyədə avtomobil idarəetməni itirərək yoldan çıxıb və meşədə qəza edib.
Medianews.az xəbər verir ki, hadisə Bursansanın İnegöl rayonunda baş verib.
“Cip"in sürücüsü həyatını itirib. Eyni avtomobildə olan iki uşaq olmaqla 3 nəfər yaralanıb.
Sürücü Savaş Büyükkaya hadisə yerində həyatını itirərkən, avtomobildə olan Gülşah E. (33), Maya B. (8) və Melisa B. (6) isə xəsarətlərlə xəstəxanaya aparılıb.
Yaralıların səhhətinin yaxşı olduğu bildirilir.
Qəza ilə əlaqədar araşdırma başlanılıb.
Medianews.az