Medianews.az
Ağdamlı jurnalist doğmalarının qəbirlərini tapa bilmir - <span style=color:red>VİDEO
155 baxış

Ağdamlı jurnalist doğmalarının qəbirlərini tapa bilmir - VİDEO

“Allah ermənilərin kökünü kəssin… Yer üzündən silinsin bütün izləri… Bütün günü Qarağacı qəbiristanlığında atamın, nənəmin məzarını axtardıq. Dəfələrlə cəhd etdik, səmti tapdıq, qəbirləri yox”. Medianews.az bildirir ki, əslən Ağdam rayonundan olan jurnalist Səadət Məmmədova sosial şəbəkədə belə yazıb. Jurnalist qeyd edib ki, məzarlardan nişanə belə yoxdur: “Traktor qəbiristanlığı dağıdarkən bəzi məzarların yanından, bəzisinin üstündən keçib, bəzilərini isə eşib, parçalayıb sanki… Bizimki həmin o didiklənib dağıdılan hissələrə düşür, traktorun lap ayağının altına… Yanından ötülən məzarların daşı sınıb, aşıb, amma salamatdır. Böyüklər məsləhət gördü ki, bizim ehtimal etdiyimiz hissədə müəyyən bir radiusda əllə qazıntı aparılsın, yanaşı beş məzar tapılsa, bizimkilərdir. Amma bu belə tam dəqiq olmayacaq. Allah cəmi ölənlərimizə rəhmət eləsin... Nə isə… Hər gün bir neçə ailə Qarağacıda əzizlərinin yerini-yurdunu axtarır… Tapan da var, bizim kimi tapmayan da. Ermənilərə min lənət! Hələ məhkəmədə boyunlarını burub zarıyırlar. Tfu sifətinizə, idbarlar! Qəbiristanlıqlarımızın dağıdılması, məhv edilməsi ilə bağlı ittiham da verilməlidir o vandallara!” Medianews.az

Bizə qoşulun