Medianews.az
Kinonun eşşəklərə haqsızlığı – <span style=color:red>Universitet hərəkətə keçib
182 baxış

Kinonun eşşəklərə haqsızlığı – Universitet hərəkətə keçib

Kinonun eşşəklərə qarşı haqsızlıq etdiyi qənaətinə gələn elm adamları vəhşi olmayan bu heyvanın reputasiyasını çox tezliklə bərpa edəcəklərini bildiriblər. Tədqiqatçılar mənfi, həmçinin də axmaq eşşək obrazlarını çox sevən Hollivudu da qınayıblar. Medianews.az-ın məlumatına görə, Ekseter Universitetinin müəllim və tələbələri bununla bağlı qeyri-adi araşdırmaya başlayıblar. Onlar filmlərdə eşşəklərin necə təsvir edildiyini öyrənirlər. Layihədə iştirak edən qrup heyvanın ictimai mədəniyyətdə necə qavrandığını anlamaq üçün "İnişerindən olan Banşi", "Şrek", həmçinin "Nazaretdən olan İsa" və "EO" kimi filmləri də təhlil ediblər. Mütəxəssislər bildirirlər ki, filmlərdə bir qayda olaraq daima əziyyət çəkən ulaq obrazı yaradılır. Məhz buna görə də ulaqların işgəncələrdən qorunmasına nəzarət edən "The Donkey Sanctuary" adlı qurumun baş menecerinin müavini olan doktor Feyt Berden söyləyib ki, eşşəklər uzun müddətdir cəmiyyətdə yanlış təqdim edilir və bu da səhv təsəvvürlərin dərinləşməsinə gətirib çıxarır. Alimlər ümid edirlər ki, aparılan tədqiqat tezliklə əzabkeş heyvanların həm rifahını yaxşılaşdıracaq, həm də onlara münasibətin dəyişməsinə səbəb olacaq. "Bu layihənin əhəmiyyəti nədir" sualına cavab verən tədqiqatçılar bildiriblər ki, "Qızıl Qlobus" mükafatının təqdimatında Eşşək Cenninin xatırlanmasından sonra ulaqların qavranılması mövzusuna maraq artıb. Alim Benedikt Morrison vurğulayıb ki, bu layihə ulaqlara yanaşmanı tamamilə dəyişəcək. Medianews.az

Bizə qoşulun