Medianews.az
Kərtənkələlər yekəlir, <span style=color:red>dinozavrlar təbiətə dönə bilər
168 baxış

Kərtənkələlər yekəlir, dinozavrlar təbiətə dönə bilər

Müasir sürünənlərin 200 ildən sonra yeni "dinozavrlara" çevrilə biləcəyini söyləyən Yeni Zelandiyanın elm adamları 2200-cü ilə qədər demək olar ki, bütün növlərdən olan yerüstü sürünənlərin nəhəng forma alacağını və bəzi növlərin çəkisinin hətta 100 kiloqramı keçəcəyini bəyan ediblər. Medianews.az xəbər verir ki, alimlərin fikrincə, sürünənlərin ən kiçiyi – iquanalar (tropik iqlimdə yaşayan ekzotik kərtənkələ növü) belə itlərdən yekə və çəkisinə görə daha ağır ola bilər. Qlobal Ekologiya və Mühafizə Təşkilatına görə, bu cür "sıçrayışın" səbəbi təkamül dəyişikliyidir. Mütəxəssislərin fikrincə, əksər sürünənlərin, eləcə də timsahların, monitor kərtənkələlərin təbii düşmənləri olmadığından, tamamilə sərbəst böyüyə bilirlər. Yəni onların dəyişikliyə məruz qalmasına heç nə mane olmur. Alimlər qeyd ediblər ki, bu ilk və sonuncu proses deyil, çünki qədimdə də dinozavrlar ilkin mərhələ dövründə indiki sürünənlərdən kiçik olub və adi kərtənkələlərdən fərqlənməyib. Bununla belə, təkamül nəticəsində milyonlarla il ərzində onların ölçüləri əhəmiyyətli dərəcədə artıb. "Sürünənlər dinozavrlar dövründən bəri kiçik kərtənkələlərdən tutmuş müasir timsah və ya tısbağalara qədər davamlı, mühitə uyğunlaşmaqla böyüyür" söyləyən və dəyişkənliyin qaçılmaz olduğunu bildirən tədqiqatçılar qrupunun əməkdaşı həmin prosesi təbii fəlakətlərlə, yaxud da iqlim çirklənməsi ilə yox, yalnız milyon illərin tarixini dəyişən təkamüllə əlaqələndirir. Tədqiqatçılar qeyd edirlər ki, ümumiyyətlə kiçik növlərin sürətlə böyüdüyü paleontoloji tapıntılarla da təsdiqlənir. Mütəxəssislərin fikrincə, son araşdırmalar sübut edir ki, təxminən 175 ildən sonra iri monitor kərtənkələlərin normal çəkisi 70 kiloqramdan 250 kiloqramadək artacaq. Üstəlik, 5 kiloqramlıq iquanalar iri itlərin ölçülərini almaqla, 50 kiloqram olacaq və eyni zamanda onların yırtıcı xüsusiyyətləri üzə çıxacaq. Yeni Zelandiya alimlərinin fikrincə, bu cür təkamül qarşısıalınmaz təbii prosesdir. Onlar bildiriblər ki, kiçik ölçülü, müxtəlif növdən olan sürünənlərin təxminən 200 ildən sonra böyük yırtıcı dinozavrlara çevrilməsi ətraf mühitə, ümumilikdə flora və faunaya mənfi təsir göstərməyəcək. Medianews.az

Bizə qoşulun