16.04.2025, 08:35
174 baxış
Azad
Macarıstan dövləti üçün yalnız iki cins anlayışı var
Macarıstan parlamenti konstitusiyaya yalnız iki cinsin mövcud olduğunu, kişi və qadın cinslərini tanıyan düzəlişi qəbul edib.
Medianews.az bildirir ki, qərarda qeyd olunur ki, uşaqların əxlaqi, fiziki və mənəvi inkişafı hüquqları bütün hüquqlardan üstündür.
Media Agentliyinin də qeyd etdiyi kimi, bu, dinc toplaşmaq hüququna da aiddir və yalnız yaşamaq hüququ üçün istisna edilir.
Dəyişiklik hakim Vətəndaş Birliyi Partiyasının və hakim koalisiyaya daxil olan qüvvələrin təklifi ilə qəbul olunub.
Düzəlişləri parlamentdə təmsil olunan 140 deputat dəstəkləyib, lakin 21 deputat bu əlavənin əleyhinə səs verib.
Səsvermə zamanı bitərəf qalan olmayıb. Səsvermədən əvvəl müxalifət parlament binası qarşısında etiraz aksiyası keçirib. İcazəsiz olduğundan macar polisi bir neçə nəfəri saxlayıb.
Medianews.az