Medianews.az
Bakıda 5 dərəcə şaxta! - <span style=color:red>YENİ PROQNOZ
224 baxış

Bakıda 5 dərəcə şaxta! - YENİ PROQNOZ

İki-üç gün ərzində Azərbaycanın paytaxtına və bölgələrə iqlim normasından xeyli artıq yağış yağacaq. Medianews.az bildirir ki, bu məlumat “İnstagram” sosial şəbəkəsində dəqiq proqnozları ilə diqqət çəkən “Weather_man_aze” hesabında yayılıb. Proqnozda aprelin 15-nə keçən gecədən ölkə ərazisini yağışların cənginə alacağı vurğulanır. Aprelin 15-i günün birinci yarısında Bakı-Abşeron yarımadasında və ölkənin şimal bölgəsində, aprelin 16-sı yenə Bakıda və Abşeronda, eyni zamanda ölkənin qalan ərazilərində yağışın kəskin xarakter alacağı qeyd edilir. Məlumata əsasən, aprelin 17-si səhərdən yağış tədricən səngisə də, soyuq hava axşamadək davam edəcək. O da qeyd olunur ki, aprelin 15-16-na gündüzlər 10 dərəcədən yuxarı isti proqnozlaşdırılsa da, şiddətli külək səbəbindən havanın temperaturu ayın 15-də gündüz yalnız 3 dərəcə isti, ayın 16-da isə 2 dərəcə şaxta kimi hiss ediləcək. Gecə saatlarına 7-10 dərəcə isti proqnozlaşdırılsa da, yenə şiddətli külək səbəbindən temperatur əslində şaxta kimi, özü də 5 dərəcə şaxta kimi hiss olunacaq. Medianews.az

Bizə qoşulun