26.02.2025, 10:45
119 baxış
Lamiyə
Hindistanda turist balkondan yıxılaraq ÖLDÜ
Hindistanda 38 yaşlı turist hotelin balkonundan yıxılaraq ölüb.
Medianews.az xəbər verir ki, faciə Hindistanın Qoa əyalətindəki Mandrem adlı kiçik kurort yerində, fevralın 24-də səhər saatlarında baş verib.
Sergey adlı şəxs balkonda huşunu itirib yvə oradan palma ağacı üzərinə düşərək onurğasını sındırıb.
Sergey hotelin pəncərələrinin altında uzanaraq qışqırıb. Təcili yardım maşını onu xəstəxanaya aparsa da, kişi aldığı xəsarətlərdən orada ölüb.
Polis hadisənin başvermə şəraitini araşdırır.
Medianews.az