20.02.2025, 08:19
217 baxış
Lamiyə
Timsah kişiyə hücum etdi – ANBAAN VİDEO
İndoneziyada kişi timsahın hücumuna məruz qalıb.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisə fevralın 12-də baş verib.
Yerli sakinlər su basmış yaşayış massivində yumurta qoymağa çalışan iri dişi timsah tutublar. İnsanlar sürünənləri insanlara qarşı qeyri-aqressiv hesab edərək onu ev heyvanları parkının olduğu Cimory Dairyland əyləncə parkındakı kiçik hovuza yerləşdiriblər.
İnternetdə yayılan videoda insanların timsahın ətrafına toplaşdığı görünür. Yaşlı kişi əlini ona tərəf uzadıb - yırtıcıya yem vermək istəyib. Bu zaman sürünən birdən hücum edib. Yaxınlıqda dayanan insanlar qışqıraraq qaçmağa başladılar. Bir neçə nəfər indoneziyalını sürətlə hovuzdan çıxarıb.
Hazırda ona tibbi yardım göstərilir.
Timsah indi böyük ehtimalla yenidən təbiətə buraxılacaq.
Medianews.az