20.02.2025, 08:43
262 baxış
Azad
Artur Rasizadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
Fevralın 20-də Prezident İlham Əliyev sabiq baş nazir Artur Rasizadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb.
Medianews.az qeyd edir ki, Artur Rasizadə 1935-ci ildə Gəncədə doğulub. 1957-ci ildə indiki Neft və Sənaye Universitetini bitirib. Azərbaycan Neft-Maşınqayırma İnstitutunun mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini, İttifaq Neft-Maşınqayırma Birliyi rəisinin birinci müavini, Azərbaycan Neft-Maşınqayırma İnstitutunun direktoru, Dövlət Plan Komitəsinin sədr müavini, Azərbaycan KP MK-da maşınqayırma şöbəsinin müdiri, baş nazirin birinci müavini, İqtisadi İslahatlar Fondunda məsləhətçi olub. 1996-cı ildə Azərbaycan prezidentinin köməkçisi vəzifəsinə təyinat alıb. Həmin il noyabrın 26-dan 2018-ci il aprelin 21-dək baş nazir postunu tutub (2003-cü ilin avqustundan noyabrınadək olan dövrü çıxmaq şərti ilə, həmin dövrdə o, baş nazirin birinci müavini işləyib).
Paylaş: