Medianews.az
Qohum evliliyinə dair qadağa <span style=color:red>nə vaxt qüvvəyə minir?
211 baxış

Qohum evliliyinə dair qadağa nə vaxt qüvvəyə minir?

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qadağa qoyulub. Milli.Az xəbər verir ki, belə ki qadağaya əsasən: - qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; - bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu. Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: - yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); - övladlığa götürənlər və övladlığa götürülənlər; - ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; - bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; - ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Bizə qoşulun