Medianews.az
Təbrizdə izdiham: <span style=color:red>Türk dilində mədrəsə, olmalıdır hər kəsə!
163 baxış

Təbrizdə izdiham: Türk dilində mədrəsə, olmalıdır hər kəsə!

Təbrizin “Traktorsazi” klubu Asiya Çempionlar Liqasında (ÇL) növbəti mərhələyə yüksəlib. Teleqraf xəbər verir ki, Güney Azərbaycan təmsilçisi 1/8 final mərhələsinin təkrar oyunda öz meydanında Bəhreynin “Əl-Xaldiya” klubu ilə heç-heçə edib -3:3. İlk oyunda səfərdə 2:1 hesabı ilə rəqibini məğlub edən “Traktorsazi” iki görüşün nəticəsinə görə (5:4) 1/4 finala yüksəlib. Oyunun keçirildiyi Təbrizin “Səhənd” stadionunda böyük azarkeş ordusu olub. Klubun rəsmi səhifəsində yer alan məlumata görə, “Traktorsazi”nin oyununu təxminən 90 min azarkeş izləyib. Medianews.az GünazTV-yə istinadla bildirir ki, oyun zamanı azərbaycanlı azarkeşlər İran rejiminin irqçi siyasətinə etiraz şüarları da səsləndiriblər. Əsas şüar belə olub: “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”

Bizə qoşulun