Medianews.az
Azərbaycan Premyer Liqası <span style=color:red>dünyada neçəncidir?
229 baxış

Azərbaycan Premyer Liqası dünyada neçəncidir?

Dünyanın ən güclü futbol liqalarının siyahısı müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, reytinq cədvəlini İFFHS açıqlayıb. 2024-cü il üçün tərtib olunan siyahıya planetin 100 ən yaxşı çempionatı daxil edilib. Azərbaycan Premyer Liqası da cədvəldə yer alıb. Çempionatımızın əmsalı 434,25-ə bərabərdir. Premyer Liqamız dünyada 36-cıdır. Azərbaycan çempionatı əvvəlki illə müqayisədə 4 pillə irəliləyib. Dünyanın ən güclü liqası isə İtaliya A seriyasıdır. Appenin liqası 1992 xala malikdir. Siyahıda İspaniya La Liqası 2-cidir – 1885 xal. 1871 xala malik İngiltərə Premyer Liqası 3-cü sırada yer alıb. Türkiyə Super Liqası 968 xalla 1 pillə irəliləyərək 11-cidir.

Bizə qoşulun