Medianews.az
Çiplərlə insanların olduğu<span style=color:red> evi YANDIRDI
203 baxış

Çiplərlə insanların olduğu evi YANDIRDI

ABŞ-nin Missuri ştatında Patrisiya Uilyams adlı qadın içərisində insanların olduğu evi yandırmağa cəhd etdiyi üçün 12 il həbs cəzası alıb. Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə The New York Post məlumat yayıb. 2023-cü ilin avqustunda Uilyams yanacaqdoldurma məntəqəsində benzin alarkən müşahidə kameralarına düşüb. Benzini aldıqdan sonra, onu butulkaya töküb evə gəlib. Qadın camaşırxanaya keçib, paltarları yerə atıb və üzərinə Takis çipsləri töküb. O, yaranan yığını benzinlə səpərək yandırıb. Həmin vaxt evdə daha üç nəfər olub. Onlar xəsarət almayıb və qadın haqqında polisə məlumat veriblər. Şahidlərin dediyinə görə, qadın saxlanılan zaman onun üzü hisə boyanıb. Dindirilmə zamanı Uilyams bir paket Takisdən istifadə edərək yanğını qəsdən törətdiyini etiraf edib. O, yağlı çipslərin tez alışacağını bildiyini söyləyib. Məhkəmə zamanı məlum olub ki, polisin, qadının başqa işlərlə bağlı həbsi üçün bir neçə faktı var. Yanvarın 7-də qadın həbs cəzasına məhkum edilib. Yanğın zamanı Uilyamsın evdəki insanlarla hansı əlaqəsi olduğu hələlik məlum deyil.

Bizə qoşulun