02.01.2025, 08:52
110 baxış
Azad
Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Medianews.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.
Bildirilir ki, yanvarın 2-si saat 11:00-dək ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib, lakin 02:00-da Şahdağda zəif qar yağıb.
Bildirilib ki, Pirallahı, Neft Daşları, Sabirabad, Cəfərxanda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-də 7, dağlıq rayonlarda 5, yüksək dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.