Medianews.az
Gənclər arasında münaqişə: <span style=color:red>Bıçaqlananlar var
111 baxış

Gənclər arasında münaqişə: Bıçaqlananlar var

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. Medianews.az-ın APA-ya istinadən xəbərinə görə, Cəlilabad rayonunun Hamarqışlaq kəndində gənclər arasında mübahisə yaranıb. Münaqişə zamanı tərəflər kəsici-deşici alətə əl atıblar. Hadisə nəticəsində iki nəfər - 2002-ci il təvəllüdlü Rəhim Rövşən oğlu Qiyasov (döş boşluğunun sağ yarısının, döş boşluğunun sağ qəfəsinin ön səthinin kəsilmiş yarası) və 2004-cü il təvəllüdlü Elmir Namiq oğlu Teymurov (qarın divarının ön hissəsində kəsilmiş yarası) xəsarətlər alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun