Medianews.az
Parkda bıçaqlı <span style=color:red>DAVA: 7 yaralı -VİDEO
207 baxış

Parkda bıçaqlı DAVA: 7 yaralı -VİDEO

Sərxoş olduğu iddia edilən iki qrup arasında bıçaqlı dava baş verib. Medianews.az Haberler.coma istinadən xəbər verir ki, hadisə dünən axşam İzmirin Bornova rayonunda baş verib. Parkda sərxoş olduğu iddia edilən iki qrup arasında mübahisə düşüb. Hadisə böyüyərkən tərəflər arasında baş verən bıçaqlı davada 7 nəfər bədənlərinin müxtəlif nahiyələrindən yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb. Yaralılar xəstəxanaya aparılıb. Yaralılar arasından Y.B., V.A., Ş.B., S.A., V.Y. və S.A. oradakı müalicələrinin ardından evə buraxılıb. Digər yaralı O.A isə başqa xəstəxanaya aparılıb. Hadisə ilə bağlı 4 şübhəlinin nəzarətə alındığ öyrənilib. Faktla bağlı araşdırmalar davam edir. [video width="1280" height="720" mp4="//cdn.medianews.az/2024/12/izmir-de-parki-kana-buladilar-7-yarali-18207334.mp4"][/video]

Bizə qoşulun