Medianews.az
Günün ilk qəhvəsini<span style=color:red> nə vaxt içməliyik?
104 baxış

Günün ilk qəhvəsini nə vaxt içməliyik?

Yuxu mütəxəssisi Debora Li oyandıqdan ən az 45 dəqiqə sonra qəhvə içməyə çağırıb. Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, ayıqlığı və konsentrasiyanı artıran, maddələr mübadiləsini və immunitet sistemini tənzimləyən stress hormonu kortizolun səviyyəsi insan oyandıqdan dərhal sonra zirvəyə çatır. “Kortizol səviyyəsi oyandıqdan sonra 30-45 dəqiqə ərzində zirvəyə çatır və sonra gün ərzində yavaş-yavaş azalır. Buna görə də insanlar özlərini ən çox səhərlər aktiv, axşam isə yorğun hiss edirlər. Qəhvə içmək üçün ən yaxşı vaxt, kortizol səviyyəsinin xeyli aşağı olduğu və hətta enerjinizdə bir azalma hiss edə biləcəyiniz səhərin ortalarıdır”, - deyə o izah edib. Li əlavə edib ki, yatmazdan altı saat əvvəl kofe içməyi dayandırmaq tövsiyə olunur. Bundan əlavə, o, axşamlar qazlı və enerji içkiləri içməməyi, əksinə, bitki çayı seçməyi tövsiyə edib.  

Bizə qoşulun