Medianews.az
Əfqanıstanda 35-dən çox fəhlə mədən <span style=color:red>uçqunu altında qalıb
139 baxış

Əfqanıstanda 35-dən çox fəhlə mədən uçqunu altında qalıb

Əfqanıstanın şimalında yerləşən Səməngan vilayətinin Dara-Sof rayonunda kömür mədəninin uçması nəticəsində azı 35 nəfər uçqun altında qalıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb. Mənbələrin məlumatına görə, uçqun dekabrın 14-də gecə saatlarında baş verib. Hazırda uçqun altında qalanların taleyi bəlli deyil. Hadisə yerinə tibbi briqadalar və təcili yardım maşınları göndərilib.

Bizə qoşulun