13.12.2024, 10:45
237 baxış
Lamiyə
Necə edək ki, gec yaşlanaq? - Açıqlama
“Başqalarına çox kömək edən, çox ünsiyyət quran və sosial əhəmiyyətini hiss edən insanlar bir az daha yavaş yaşlanır”
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu endokrinoloq Zuxra Pavlova deyib.
Pavlovanın fikrincə, qocalmanı könüllülüklə ləngitmək olar, çünki o, insanın sosial və fiziki aktivliyini artırır. Hətta ildə cəmi 49 saatını ictimai xidmət fəaliyyətlərinə həsr etmək belə yaşlı insanlar üçün sağlamlıq faydaları təmin edə bilər.
Əgər ictimai iş həftədə təqribən bir saatdan dörd saata qədər davam edərsə, bu, təqaüdçülərin özünü yaxşı hiss etməklərinə maksimum fayda verəcəkdir. "İldə 200 saatdan çox könüllülük etməyin sağlamlıq faydaları təkcə təqaüdçülər üçün deyil, həm də işləyən insanlar üçün əhəmiyyətlidir", - deyə o bildirib.
O, həmçinin sosial fəaliyyətin qocalıq demansının qarşısının alınmasında təsirli vasitə olduğunu xatırladıb.
Paylaş: