02.12.2024, 11:13
143 baxış
Lamiyə
Həkimlər gənc xəstədən 11 kiloqramlıq şiş çıxarıblar
Rusiyada kazanlı cərrahlar gənc xəstədən 11 kiloqramlıq şiş çıxarıblar.
Medianews.az “Moskovski komsomolets”ə istinadən xəbər verir ki, problem hələ 2017-ci ildə aşkar edilib.
O zaman tibbi müayinə zamanı 21 yaşlı qızda kist hidati aşkarlanıb. Bədənin içində “parazitin yuva qurduğu” qeyd edilir.
Xəstə dərmanları qəbul edib və əməliyyat olunub, amma müalicəsini başa çatdırmayıb.
2023-cü ilin noyabrında qız kəskin şəkildə çəki itirdi və mədəsində böyük bir şiş əmələ gəlib. Baxış zamanı yenə exinokokk aşkar edilib. Üstəlik, şiş orqanları sıxıb.
Həkimlər şişlə birlikdə qaraciyərin iki seqmentini və sidik kanalının bir hissəsini çıxarmalı olublar.
Xəstə hazırda evdədir, sağalıb və əlavə müalicə alır.