29.11.2024, 06:24
162 baxış
Lamiyə
Gecə saatlarında yemək yeməyin FƏSADLARI
“Gecə qəlyanaltıları pankreatitin inkişafına təkan verə bilər. Həzm problemlərinin qarşısını almaq üçün, yatmazdan üç saat əvvəl axşam yeməyiniz lazımdır”
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu endokrinoloq və diyetoloq Anton Polyakov bildirib.
O qeyd edib ki, gecələr həzm sistemi gündüzdən daha pis işləyir. Yəni insanların adətən bu saatlarda üstünlük verdiyi bəzi yağlı, şirin, ədviyyatlı qidalar normal həzm olunmur. Bu, bir tərəfdən mədə-bağırsaq traktına artan yük verir, digər tərəfdən isə bağırsaqlarda mikrofloranın pozulmasına, mədəaltı vəzin həddən artıq yüklənməsinə və pankreatitin inkişafına səbəb ola bilər.
Bundan əlavə, həkim vurğulayıb ki, əgər insan çoxlu karbohidratlı qidalar yeyirsə, o, çoxlu adrenalin istehsal edir ki, bu da gecə oyanmalarının və həyəcan vəziyyətlərin yaranmasına səbəb olur. Bu da uzun müddət yuxuya getmək üçün, insanın işini çətinləşdirir.
Diyetoloq yatmazdan üç saat əvvəl şam yeməyi etməyi və günün son yeməyini planlaşdırarkən diqqəti heyvan zülalına - ət, balıq, quş əti, dəniz məhsulları, həmçinin nişastalı olmayan tərəvəzlərə - pomidor, xiyarlara verməyi tövsiyə edib.
Paylaş: