09.10.2024, 09:56
132 baxış
Lamiyə
Saqqız çeynəmək plomblar üçün zərərlidir?
Diş həkimi Oles Şevçenko saqqız çeynəmə ilə bağlı üç əsas yanlış təsəvvürü dağıdıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, diş həkiminin sözlərinə görə, ən məşhur miflərdən biri saqqızın plombları çıxarmasıdır.
“Əgər içlik düzgün qoyulsa, saqqız ona zərər verməyəcək. Əgər dişin bərpası zəif aparılıbsa, plomb hər hansı mexaniki təsir nəticəsində zədələnə bilər, istər saqqız, istərsə də sərt yemək. Saqqız çeynəməyin özü bu riski artırmır”, - deyə həkim bildirib.
Həkim saqqız çeynəməyin dişlərin və ağız boşluğunun sağlamlığına heç bir müsbət təsir göstərməməsi ilə bağlı deyilənləri yalan adlandırıb.
“Saqqız ağzınızı lövhə və qida qalıqlarından təmizləməyə kömək edən tüpürcəyi stimullaşdırır və diş daşının yaranmasının qarşısını alır. Üstəlik, idrak qabiliyyətlərinə müsbət təsir göstərir və insanlarda stress və narahatlıq səviyyələrini azaltmağa kömək edir”, - O. Şevçenko qeyd edib.
Mütəxəssis saqqızın təkcə zərərli deyil, həm dişlərin və mədə sağlamlığı, həm də psixoloji tarazlıq üçün faydalı olduğunu vurğulayıb.
Son mif kimi Şevçenko boş mədədə saqqız çeynəməyin təhlükələri ilə bağlı məşhur fikri vurğulayıb.