07.10.2024, 16:30
107 baxış
Redaksiya
"İsrailin hücumlarına qətiyyətlə qarşı çıxacaq" - SEPAH Generalı
"Tehran Livan və Fələstində “müqavimət cəbhəsi”ni (proksi qüvvələri – red.) qoruyub saxlayacaq, İsrailin hücumlarına qətiyyətlə qarşı çıxacaq".
Medianews.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami deyib.
Onun sözlərinə görə, İran İsrailin istənilən addımına cavab verəcək.
“İranın oktyabrın 1-də İsrailə raket hücumu islam müqaviməti liderlərinin öldürülməsinə görə qan intiqamı idi”, - Səlami qeyd edib.
Qeyd edək ki, İsrail bundan öncə müxtəlif vaxtlarda HƏMAS və “Hizbullah” liderləri İsmayıl Haniyə və Həsən Nəsrullahı məhv edib.
Ayşən