A.Quliyeva Qarabağ Universitetində 2024-2025-ci tədris ilində fəaliyyət göstərəcək fakültələr, kadr hazırlığı barədə də məlumat verib: “Qarabağ Universiteti bu il üçün 27 ixtisas üzrə kadr hazırlığı həyata keçirəcək. Ümumilikdə ali təhsil ocağında 6 fakültə, 12 kafedra fəaliyyət göstərir. Tələbə adını qazanaraq Qarabağ Universitetini seçən gənclərə yüksək səviyyədə ali təhsil vermək, onları müasir dövrün tələblərinə uyğun kadr kimi yetişdirmək üçün bütün imkanlar var və bu imkanlardan maksimum istifadə ediləcək”.
Nailə QASIMOVA
16.09.2024, 10:53
107 baxış
Azad
Azad Qarabağ TƏLƏBƏ GƏNCLƏRİNİ QARŞILAYIR - FOTO
“Qarabağ Universitetində tədris 23 sentyabr tarixindən başlayacaq. 16 sentyabr tarixindən isə tələbələr Xankəndi şəhərinə gəlməyə başlayıblar. Onlar qruplar formasında Xankəndiyə gəlirlər. Bu proses sentyabrın 22-ə qədər davam edəcək. Qarabağ Universitetində ilk dərs günü isə bir qədər əvvəl vurğuladığım kimi, sentyabrın 23-də olacaq”.
Bu barədə Medianews.az-a açıqlamasında Qarabağ Universitetinin Mətbuat Xidmətinin rəhbəri Aytən Quliyeva bildirib.
O qeyd edib ki, 16-22 sentyabr tarixində Xankəndiyə gələn tələbələr Qarabağ Universiteti və şəhərlə yaxından tanış olur, yataqxanada yerləşdirilirlər.