Medianews.az Rusiya mətbuatına istinadla bildirir ki, Yeni il gecəsinin əsas rəngini məşhur moda tarixçisi və teleaparıcı Aleksandr Vasilyev belə şərh edib:
"2023-cü ilin əsas rəngi tünd qırmızıdır".
"Vücudunuzun daha da gözəl görünməyini istiyirsizsə sıx bahalı parçadan hazırlanmış məxmər paltar seçin"- deyə moda tarixçisi tövsiyə edib.
Sarışınlar və mavi gözlülər üçün mavi, qırmızı saçlılar üçün isə zümrüd rəngi seçməyi tövsiyə edib.
Nəcib ağ rəng lüks bir toxunuşla göz qamaşdıracaq, amma əsas odur ki, onu digər rənglərlə düzgün birləşdirəsən, televiziya aparıcısı vurğulayıb:
"Parlaq rəngləri sevirsinizsə, qırmızı, mavi və bənövşəyi rəngləri keçin. İli sülh içində qarşılamaq istəyənlər üçün açıq boz və çəhrayı çalarlar uyğun gəlir. Yeni il üçün seçim həm də qara rəng olacaq".
Bundan əvvəl moda tarixçisi Vasilyev ikinci əl mağazaların müsbət tərəflərini sadalamışdır.
Mehin Mehmanqızı
Medianews.az