Medianews.az
Sabiq deputat Gültəkin Hacıbəyli <span style=color:red>SAXLANILIB
70 baxış

Sabiq deputat Gültəkin Hacıbəyli SAXLANILIB

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb. “Qafqazinfo” xəbər verir ki, o, xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında tutulub. İlkin məlumata görə, ötən ay onun barəsində Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub. Gültəkin Hacıbəyli barəsində Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi başlanıb. G.Hacıbəyli hava limanında saxlanılarkən məlum olub ki, o, məhkəmə tərəfindən axtarışa verilibmiş.

Bizə qoşulun