Medianews.az
"Qarabağ" növbəti qələbəsini qazanıb
284 baxış

"Qarabağ" növbəti qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura tura yekun vurulub. Günün 2-ci oyununda "Qarabağ" "Sabah"ı qəbul edib. "Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə bitib. Görüşdə hesab 29-cu dəqiqədə açılıb. Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 15-ə yüksəldib və "Neftçi"yə çatıb. 13 xala malik "Sabah" isə 3-cü sıradadır. Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" evdə "Şamaxı" ilə heç-heçə oynayıb - 1:1. Turun əvvəlki oyunlarında "Turan Tovuz" "Kəpəz"i 2:0, "Neftçi" səfərdə "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 2:1 hesabı ilə yenib.

Bizə qoşulun