Medianews.az
Rusiyadan daha bir həmlə! - "Bu ölkələrə neft satmayacağıq”
309 baxış

Rusiyadan daha bir həmlə! - "Bu ölkələrə neft satmayacağıq”

"Qiymət həddi tətbiqini dəstəkləyən ölkələrə neft satmayacağıq”. Medianews.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov G7-nin Rusiya neftinə qiymət həddi tətbiq edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən söyləyib. "Qiymət həddi tətbiqini dəstəkləyən ölkələrə neft satmayacağıq. Bazar qaydalarına uyğun hərəkət edən ölkələrə neft göndərəcəyik" , - deyə o qeyd edib. Peskov həmçinin iddia edib ki, Rusiya neftinə qiymət həddi tətbiq edilərsə, bu qlobal neft bazarında ciddi qeyri-sabitliyə gətirib çıxaracaq. Xatırladaq ki, G7-yə üzv ölkələrin maliyyə nazirləri bu gün Rusiya neftinə qiymət həddi tətbiq edilməs üçün toplantı keçirəcəklər. Xanlar Əlibəy Medianews.az    

Bizə qoşulun