Suriya ilə bağlı son günlər ümidverici xəbərlər gəlir. ABŞ və Rusiya qətiyyət göstərsə, sübhəsiz ki, fevralın 27-nə nəzərdə tutulan atəşkəs böyük sülhə vəsilə də ola bilər, bir şərtlə - regional faktorlar, öncəliklə Türkiyə amili düzgün hesablanaraq ciddiyə alınsa.
Böyük sülh son vaxtlar baş vermə ehtimalı xeyli artan böyük savaşdan qaçmağın yeganə yoludur. Belə bir savaş nə bölgə xalqlarına, nə də konfliktə cəlb olunmuş qlobal güclərə, ələlxüsus Suriyada 5 aydır silah oynadan Rusiyaya yaxşı heç nə vəd eləmir.
Yaxşı ki, bunu artıq Kremlə də dərk etməyə, hesablamağa başlayıblar. Hər halda, ilkin təəssürat belədir. Çünki Moskva Suriyada başından yekə hədəflər qoymuşdu və onlara faktiki surətdə çatmadı. Üstəlik, qaniçən Bəşər Əsədə görə müsəlman-ərəb dünyasında xeyli yeni düşmən qazandı, Türkiyə kimi olduqca qiymətli bir müttəfiqini itirdi və üstəgəl, onunla müharibə vəziyyətinə gəlib çıxdı.
Rus ura-patriotlarının, Jirinovski kimi kloun-siyasətçilərin çərənləməsinə rəğmən, Rusiya NATO üzvü Türkiyə ilə müharibə aparmaq potensialında deyil. Onun taqətdən düşmüş, kliniki ölüm ərəfəsində olan xəstə iqtisadiyyatı belə bahalı “lüksə” tab gətirməz, dərhal çökər. Əslində Kremlin Vaşinqtonla ilkin Suriya anlaşmasının arxasında öncə bu gerçəklik dayanır - Türkiyə ilə, onunla birlikdə NATO ilə genişmiqyaslı hərbi toqquşmadan qaçmaq.
Hərgah, ruslar və onların öndə gedənləri, bir çox ekspertləri özlərini qalib ədası ilə aparmağı sevir, ənənəvi davakar ritorikanı saxlamaqla qalibiyyət görüntüsü yaratmağa çalışırlar. Bu, əlbəttə ki, qələbə deyil. Hətta heç-heçə də deyil. Bu, Əfqanıstansayağı kapitulyasiyadır. Rusiya KİV-lərində aparılan Göbbelsvari təbliğat isə müstəsna olaraq Suriyada Putinin qaralmış sifətini ağartmağa və qəzəbli toplumu sakitləşdirməyə xidmət edir.
Sözü ona gətiririk ki, nüvə dövləti olmaqla, sayı iki mini ötən nüvə başlıqları ilə qürrələnməklə deyil. Suriya (Yaxın Şərq) olayları, neftin qiymətinin çöküşünün yaratdığı acı mənzərə Rusiya kimi dövlətlərə bir daha, əyani şəkildə anlatdı ki, dövlətin gücü onun malik olduğu atom silahı ilə yox, iqtisadi qüdrəti ilə ölçülür. Belə bir qüdrət varsa, atom silahı da olacaq, müharibə aparmadan qazanılan qələbələr də.
Yeri gəlmişkən, amerikalı məşhur araşdırmaçı-jurnalist Robert Parri bu arada Rusiya prezidenti Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı nüvə silahı ilə təhdid etdiyini iddia edib. Bu barədə Kremlə yaxın qaynaqdan ona bildirildiyini deyib. İddiaya görə, Türkiyə və Səudiyyə Ərəbistanının Suriyaya quru qoşunları yeridəcəyi təqdirdə Putin Moskvanın taktiki nüvə silahından istifadə etməyə hazır olduğunu söyləyib. Müəllifə görə, Türkiyə NATO üzvü olduğundan belə bir qarşıdurma sürətlə nüvə müharibəsinə çevrilə bilər.
Əvvəla, bənzər bədbin fikirlər Rusiya Suriyaya müdaxilə edəndən sonra bir neçə dəfə Qərb mətbuatında yer alıb. Putin həmçinin, Suriyada hərbi cinayətlər törətməkdə ittiham edilib. Sonuncu dəfə Hələbdəki xəstəxana və məktəblərin bombardmanı da Rusiya aviasiyasının ayağına yazılıb. Faktları Haqqa Tribunalı təsdiqləsə, nüvə dövləti Rusiyanı ciddi cəza gözləyir.
İş də ondadır ki, müasir dünyada nüvə silahına sahib olmaq avtomatik şəkildə dünya supergücü statusu qazanmaq kimi üstünlük yaratmır, hansısa hərbi avantaj vəd eləmir. Bu, ilk növbədə məsuliyyət və barıt çəlləyi üstündə oturmaq deməkdir. Ona qalsa, Şimali Koreyanın da atom silahı var. Ancaq onu kimə, hara tuşlaya bilər ki? O saat beşqat cavabını alar. Çünki dünyada yiyəsiz ölkə yoxdur - hərənin öz dostu, “kruqu”, o cümlədən ən azı, bir nüvə müttəfiqi var.
Azərbaycan və Türkiyə də istisna deyil. Türkdilli dövlətlərin nüvə silahı olmasa da, ABŞ, NATO üzvləri, Pakistan timsalında nüvə silahına malik müttəfiqlərimiz var. Yaxud məgər iqtisadi qüdrəti böyük olan Türkiyə ürəkdən istəsə, atom silahı qayıra, əldə edə bilməz? Bilər.
Bunu də yeri gəlmişkən yazdıq.
24.02.2016, 06:52
197 baxış
Zahid Səfəroğlu
Nüvə başlığı lüksü - üstünlük, yoxsa...